Mahmud Əhmədinejada nə olub? - Foto
Dünya
İranın eks-prezidenti Mahmud Əhmədinejadın hazırkı görünüşü yerli medianın və sosial şəbəkələrin diqqətini çəkib.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, keçmiş administrasiya rəhbərinin gözaltı torbalarının yoxluğu, üzündəki qançır izləri bir çoxlarını heyrətə gətirib.
Bəzi media fəalları sabiq prezidentinin dəftərxana üzvlərinə istinadla Əhmədinejadın dəri xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.
Digər bir fəal "Instagram" hesabında onun üzündəki qançırlar və şişkinliklərin səbəbləri haqqında deyib: "Bu, göz qapağı əməliyyatı ilə bağlıdır".