Mariya Zaxarova: - Fransa bizdən üzr istəməlidir
Dünya
Rusiya G20 sammitində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransına buraxılmayan rusiyalı jurnalistə görə üzrxahlıq tələb edir.
News24.az "Tass"a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, rusiyalı jurnalistin Makronun mətbuat konfransından kənarda qalması irqi ayrı-seçkiliyin nümunəsidir.