"Mehr": İranın qərbində toz fırtınası hava keyfiyyətini "təhlükəli" səviyyəyə çatdırıb
Dünya
İranın qərbində yerləşən İlam əyalətində toz fırtınası hava keyfiyyətini "təhlükəli" səviyyəyə çatdırıb.
News24.az xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, İraqdan gələn fırtına İlamın gündəlik yaşamına əhəmiyyətli dərəcədə təsir edib.
Belə ki, ibtidai məktəblərdə dərslər ləğv olunub, dövlət idarələri isə fəaliyyətlərinə bir saatlıq gecikmə ilə başlayıb.
Rəsmi dairələr sakinləri fırtına başa çatana qədər zəruri olmayan hallarda çölə çıxmamağa çağırıb.//report