Meksikanın mərkəzində yanacaqdaşıyan maşın aşıb

Meksikanın mərkəzində yanacaqdaşıyan maşın aşıb Dünya

Meksikanın mərkəzində, Sumpanqo bələdiyyəsi yaxınlığında avtomobil yolunda yanacaqdaşıyan maşının aşması və partlaması nəticəsində azı 8 nəfər ölüb.

News24az "Report"a istinadən xəbər verir ki, bu barədə "Excelsior" qəzeti məlumat yayıb.

Yük maşını partlayan zaman yolun hərəkət hissəsində olan minik avtomobilində sərnişinlərin hamısı ölüb.

Polis araşdırma aparır.