Məktəbdə dərs zamanı "powerbank" - PARTLADI
Dünya
Rusiyada məktəblərin birində dərs zamanı xoşagəlməz hadisə baş verib.
News24.az xəbər verir ki, bu barədə “Online Vologda” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Voloqdada ibtidai sinif şagirdlərindən birinin "powerbank"ı qəfildən partlayıb. Nəticədə "powerbank" müəllimin stolunun üstünə düşüb və oradakı alov dəftərləri bürüyüb.
Şagirdlər telefonun batareyasının partlaması səbəbindən sinif otağından təxliyə edilib.
Yanğın tez bir zamanda məktəb əməkdaşları tərəfindən söndürülüb.
NƏZRİN