“Mən daha onunla xokkey oynamayacağam”

“Mən daha onunla xokkey oynamayacağam” Dünya
Finlandiya Prezidenti Sauli Niinistö Rusiya Prezidenti Vladimir Putinlə xokkey oynamasından danışıb.

O, Vladimr Putini tərəfdaş hesab etmədiyini də bəyan edib.

Ona Rusiya Prezidenti ilə 2012-ci ildə xokkey zamanı çəkdirdiyi foto ilə bağlı sual verilib.

O, cavabında “2012-ci il idi və mənim Rusiyaya ilk səfərim idi”.

“La Repubblica” jurnalistinin bu təcrübəni təkrar edib-etməyəcəyi ilə bağlı suala o, belə cavab verib: “Xeyr, bir daha oynamazdım”.

Eyni zamanda o, Rusiyanı tərəfdaş yox, sadəcə qonşu adlandırıb. /APA/