Məşhur transgender qətlə yetirildi

Məşhur transgender qətlə yetirildi Dünya

Gürcüstanda ölkənin məşhur transgenderi vəhşicəsinə qətlə yetirilib. News24.az “Baza”-ya istinadən xəbər verir ki, qətl Gürcüstanda LGBT təbliğatına qarşı qanunun qəbulu fonunda baş verib.

37 yaşlı Kesaria Abramidze sentyabrın 18-i axşam saatlarında öz evində öldürülüb.

Qısa müddət sonra isə şübhəli Kutaisi hava limanında saxlanılıb. 

Bəlli olub ki, Kseria və qatil əvvəllər dost olublar. 

İstintaqın məlumatına görə, qətldən əvvəl mübahisə yaranıb, bundan sonra şübhəli şəxs qurbanına 50-yə yaxın bıçaq xəsarəti yetirib.

Kesaria Abramidzenin cinsiyyətini dəyişmədən öncə adı Beso Abramidze olub.

Lakin 2014-cü ildə Beso cinsiyyətin dəyişdirilməsi əməliyyatı keçirib. 2018-ci ildə o, artıq Gürcüstanı İspaniyada keçirilən "Miss trans star" beynəlxalq gözəllik müsabiqəsində təmsil edib.

Onun sosial şəbəkələrdə 500 mindən çox abunəçisi var.

Teymur MƏMMƏDOV