Məşhur müğənni saxlanıldı - Foto
Dünya
İstanbulda məşhur şəxsləri hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
News24.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosunun apardığı araşdırma çərçivəsində bu səhər həyata keçirilən əməliyyat zamanı dörd nəfər saxlanılıb.
Məlumata görə, sosial media fenomeni, müğənni Bilal Hancı, əyləncə yazarı Mehmet Üstündağ, eləcə də Abdullah Gençal və İbrahim Barut nəzarətə alınıblar.
Saxlanılan şəxslərin narkotik maddə istifadəsi ilə bağlı testdən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılacağı gözlənilir.