Məşhur müğənni vəfat etdi

Məşhur müğənni  vəfat etdi Dünya

Serb musiqisinin dünya şöhrətli siması, caz və soul janrlarının ən güclü səslərindən biri kimi tanınan Beti Corceviç 80 yaşında vəfat edib.

News24.az xəbər verir ki, 1946-cı ildə Kumanovoda anadan olan Beti Corceviç musiqi karyerasına 1960-cı illərin sonlarında başlayıb. O, uzun illər ərzində Balkanlarda caz və soul musiqisinin aparıcı və ən parlaq nümayəndələrindən biri kimi tanınıb.

Müğənni xüsusilə “Poçnimo lyubav ispoçetka”, “Kray moye tuge” və “Nasloni glava” kimi məşhur ifaları ilə geniş dinləyici auditoriyasının yaddaşında qalıb.

Beti Corceviçin vəfatı incəsənət ictimaiyyəti və pərəstişkarları arasında dərin hüznlə qarşılanıb.