Milçək dişləməsi gənc fermerin həyatına son qoydu
Dünya
İngiltərədə 31 yaşlı fermer Endryu Keyn "at milçəyi" dişlədikdən bir neçə həftə sonra qanında zəhərlənmə (sepsis) səbəbilə dünyasını dəyişib.
News24.az xəbər verir ki, o, əvvəlcə milçək dişləməsinə əhəmiyyət verməyib, lakin qısa zamanda yarası irinləyib və bədəninə infeksiya yayılıb.
Diaqnozdan sonra həkimlər ona antibiotik müalicəsi təyin ediblər. O, vəziyyətinin düzəldiyi düşünüb. Lakin bir neçə həftə sonra dostları ilə çöldə olarkən birdən huşunu itirərək yıxılıb. Xəstəxanaya aparılan Keynin bədənində infeksiya sürətlə yayılıb.
Gənc fermer beş həhtə komada qaldıqdan sonra orqan çatışmazlığından vəfat edib.
Anası Reyçel Keyn yerli mediaya verdiyi açıqlamada oğlunun itkisinə inanmadığını bildirib: “O, çox güclü bir oğlan idi. Bir milçək dişləməsinin belə faciəyə səbəb ola biləcəyini heç kim düşünməzdi”
Xeyrənsə Piriyeva