Minlərlə musiqiçidən "Eurovision"-a İsraillə bağlı etiraz

Minlərlə musiqiçidən "Eurovision"-a İsraillə bağlı etiraz Dünya

Bir qrup isveçli musiqiçi İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibəyə görə “Eurovision”-da iştirakına qadağa qoymağa çağırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçilər Ukraynanı ilhaq edən Rusiyaya qadağa qoyulduğu halda, Avropa Yayım Birliyini İsrailin müsabiqədə iştirakını ikili standart kimi qiymətləndiriblər.

Mindən çox musiqiçi sözügedən etirazla bağlı ərizəyə imza atıb. 

Eyni etirazla İslandiya və Finlandiya da çıxış edib. 

İsveç rəsmiləri öz bəyanatlarında bildiriblər ki, müsabiqədə hansı ölkələrin iştirak edib-etməməsinə Avropa Yayım Birliyi qərar verir və İsveç bu qərara əməl etməlidir. 

Avropa Yayım Birliyi dəfələrlə bu cür çağırışları rədd edib və İsrailin may ayında Malmödə keçiriləcək müsabiqədə iştirakına icazə veriləcəyini bildirib. İsrail gələn həftə “Eurovision 2024” təmsilçisini seçəcək və mahnısını martda açıqlayacaq.

İsveçli iştirakçı Loreen keçən ilki müsabiqədə qalib gəldikdən sonra İsveç yarışa ev sahibliyi etmək hüququ qazanıb.

Teymur Məmmədov