Moldova MDB-dən tamamilə çıxmağı planlaşdırır
Dünya
Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başlayıb.
News24.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mixail Popşoi Moldova Radiosuna açıqlaması zamanı danışıb.
O bildirib ki, bu, birliyə qoşulmaqla bağlı əsas sazişlərin ləğvindən sonra baş verəcək.
Baxmayaraq ki, faktiki olaraq ölkənin təşkilatda iştirakı daha əvvəl dayandırılmışdı, Moldova hüquqi baxımdan da MDB-nin üzvü olmaqdan çıxacaq. (APA)