Moskvada kanalizasiya turuna qatılan qrupun bütün üzvləri həlak oldu
Dünya
Moskvada kanalizasiya turuna qatılan yeddi nəfərlik qrupun bütün üzvləri və bələdçi həlak olub.
News24.az Ölkə.Az-a istinadən xəbər verir ki, buna səbəb şəhərdə baş verən ani daşqın olub.
Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin başa çatdığını bildirib.
Moskva bələdiyyə sədri Sergey Sobyan ölümləri "dəhşətli faciə" kimi qiymətləndirib.
Belə ki, Moskvada 19-cu əsrdə tikilmiş bəzi kanalizasiyalarda çoxsaylı turlar keçirilir.
Bildirilib ki, qrup Moskva çayının yeraltı Neqlinka qolunun kəşfiyyat turunda iştirak edib.
Aralarında uşaqlarında olduğu cəsədlərin əksəriyyəti Moskva çayına sürüklənib. Dalğıclar tərəfindən Zaryadye parkının yaxınlığında aşkar edilib.