Münaqişənin dalana dirəndiyinə inanmırıq - Sallivan
Dünya
ABŞ administrasiyası Ukrayna münaqişəsinin dalana dirəndiyinə inanmır.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Biz münaqişənin dalana dirəndiyinə inanmırıq. Artıq qeyd etdiyim kimi, biz Ukraynanı hazırkı əks-hücum əməliyyatında ərazilərin qaytarılması səylərində dəstəkləməyə davam edirik. Görürük ki, Ukrayna əraziləri metodik, sistemli şəkildə qaytarmağa davam edir”, - Sallivan bildirib.