“NATO soyuq müharibə variantına qayıdır” - VİDEO
Dünya
“NATO genişmiqyaslı təlimlərlə soyuq müharibə variantına qayıdır”.
RTV-nin xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O bildirib ki, 31 ölkədən 90 min nəfərlik şəxsi heyətin iştirak edəcəyi hərbi manevrlər alyansın Rusiya ilə qarşıdurmaya hazırlaşdığını göstərir.
Qruşko NATO-nu analoji tədbirlərlə bərabər, məsuliyyətsiz bəyanatlarda da ittiham edib.
Qeyd edək ki, növbəti həftə keçiriləcək genişmiqyaslı hərbi təlimlərin anonsunu bir müddət əvvəl Avropadakı Birləşmiş Hərbi Qüvvələrin komandanı Kristofer Kavoli verib.
Fərid Azəri