Netanyahu müharibədə uğursuzluğa düçar olduğunu etiraf etdi

Netanyahu müharibədə uğursuzluğa düçar olduğunu etiraf etdi Dünya

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İranla müharibə zamanı Hörmüz boğazı ilə bağlı vəziyyəti düzgün qiymətləndirə bilmədiyini etiraf edib.

News24.az xəbər verir ki, Netanyahu Vaşinqton və Təl-Əvivin müharibədən əvvəl Hörmüz boğazının blokadasının mümkün nəticələrini tam hesablaya bilmədiyini bildirib.

Onun sözlərinə görə, bu yanlış qiymətləndirmə boğazın bağlanmasının nəticələrinin nə dərəcədə ciddi olduğunu vaxtında anlamağa imkan verməyib.

“Mən düşünmürəm ki, biz bunu dəqiq hesablaya bilərdik. Amma hesab edirəm ki, Hörmüz boğazı problemi hərbi əməliyyatlar zamanı dərk edildi”, - deyə Netanyahu bildirib. /CBS News/