Netanyahudan Trampın açıqlamasına ilk - REAKSİYA

Netanyahudan Trampın açıqlamasına ilk - REAKSİYA Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza planının birinci mərhələsi ilə bağlı HƏMAS-la razılığın əldə olunduğunu təsdiqləyib.

News24.az xəbər verir ki, Netanyahu sabah hökumətin iclasını keçirərək razılaşmanı təsdiqləyəcəklərini və bütün girovların evlərinə qaytarılacağını bildirib.

Baş nazir “X” platformasında paylaşdığı mesajında bu hadisəni İsrail üçün “böyük gün” adlandırıb və ABŞ Prezidenti Donald Trampa təşəkkür edib:

“Bu, İsrail dövləti üçün diplomatik uğur, milli və mənəvi qələbədir. Biz bu mərhələyə sarsılmaz iradəmiz, güclü hərbi əməliyyatlarımız və böyük dostumuz Prezident Trampın səyləri sayəsində çatdıq". 

Netanyahu həmçinin Trampın İsrailin təhlükəsizliyinə və girovların azad edilməsinə göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Qəzza planının birinci mərhələsinin həm İsrail, həm də HƏMAS tərəfindən təsdiqləndiyini açıqlayıb:

 “Bu, tarixi və misilsiz hadisədir. Qətər, Misir və Türkiyə kimi vasitəçi ölkələrə təşəkkür edirik. Bu razılaşma bütün girovların yaxın zamanda azad olunması və İsrailin qalıcı sülhə doğru ilk addımı kimi dəyərləndirilə bilər". 

Aqil Qarayev