"Netflix" aktyoru ölü tapıldı

"Netflix" aktyoru ölü tapıldı Dünya

İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb.

News24.az xəbər verir ki, aktyorun 45 yaşı olub.

O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib.

Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb.

Məlumata görə, polis hadisə ilə bağlı araşdırma aparır. İstintaq qrupunun nümayəndəsi bildirib ki, Maklinin 15 may 2026-cı il tarixinədək olan hərəkət trayektoriyası araşdırılır, kamera görüntüləri və şahid ifadələri toplanır.

Qeyd olunur ki, aktyor "Vircin River" və "Şəhərcikdə qətl" seriallarında rol alıb.(oxuaz)