Nigeriya xaricdəki səfirlərini - GERİ ÇAĞIRDI
Dünya
Nigeriya prezidenti Bola Tinubu BMT-nin Nyu-York və Cenevrədəki daimi nümayəndələri istisna olmaqla, ölkənin dünya üzrə bütün səfirlərinin geri çağırıldığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə prezident aparatının "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
Sentyabrın 2-dən qüvvəyə minən bu qərar Nigeriyanın digər ölkələrdəki diplomatik qurumlarının işinin təhlilindən sonra qəbul edilib.
Günəş Mərd