Batdığını zənn etdiyi oğlunu görən ata ŞOK KEÇİRDİ - VİDEO

Batdığını zənn etdiyi oğlunu görən ata ŞOK KEÇİRDİ - VİDEO Dünya

Türkiyənin İsparta şəhərində  maraqlı hadisə baş verib.

News24.az "Haber 7"-yə istinadla xəbər verir ki, Yusuf Yiğit adlı yeniyətmə atası ilə göldə çimməyə gedib.

Yeniyetmə bir müddət üzdükdən sonra gözdən itib.  Boğulduğu ehtimal edilən 14 yaşlı yeniyetməni polislər başqa gölün başqa səmtindən tapıb atasına təhvil veriblər. 

Oğlunun öldüyünü düşünərkən onu qarşısında sağ görən ata göz yaşlarına boğulub. Atanın bu halı ətrafdakı insanları da kövrəldib.

Onlar ehtiyat tədbiri olaraq müayinə üçün Eğirdir Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, ata ilə oğlunun səhhəti yaxşıdır.

Aydan