“Onlar Almaniyadan deportasiya edilməyəcək” – Merz

“Onlar Almaniyadan deportasiya edilməyəcək” – Merz Dünya

Almaniya kansleri Fridrix Merz ölkənin miqrasiya siyasəti ilə bağlı mühüm açıqlama verib.

News24.az-ın xəbərinə görə, o, siyasi və ya dini səbəblərə görə təqib olunan şəxslərin Almaniyadan deportasiya edilməyəcəyini və bu insanların ölkədə qalmasına davamlı şərait yaradılacağını bildirib.

Merz qeyd edib ki, Almaniya beynəlxalq hüquqa əsasən təqib olunan şəxslərin müdafiəsini davam etdirəcək. Lakin o, vətəndaş müharibəsi səbəbilə Almaniyaya sığınan şəxslərin müharibə bitdikdən sonra geri qayıtmasının zəruri olduğunu vurğulayıb.

Merzin sözlərinə görə, xüsusilə Suriyadan gələn sığınacaq sahiblərinin ölkələrinə qayıdışı üçün yeni mexanizmlər hazırlanır. O, bu çərçivədə Suriya rəhbərliyi ilə əlaqə qurulacağını açıqlayıb.