Papanın üzüyü niyə məhv edildi?

Papanın üzüyü niyə məhv edildi? Dünya

13-cü əsrə aid olan və ən tanınan papa simvollarından biri olan Balıqçı Üzüyü katolik ənənəsinə görə ilk papa sayılan və balıqçı olan Müqəddəs Pyotrun adını daşıyır. Papa Fransisk bu üzüyü 12 illik səlahiyyət müddətində təntənəli tədbirlərdə taxıb; onun üzüyü saysız-hesabsız xristianlar tərəfindən öpülüb. Bununla belə, üzük gigiyena müzakirələrinə də səbəb olub.

News24.az xəbər verir ki, 88 yaşında vəfat edən Papa Fransiskin üzüyünü ənənəyə uyğun olaraq Vatikan divarları arasında məhv edilib.

Bu ritualın mənşəyi çox praktik bir məqsədə əsaslanır. Balıqçı üzüyü və bulla adlı boyunbağı tarix boyu Papa tərəfindən yazılmış sənədlər və məktublar üçün rəsmi möhür kimi istifadə edilib. Hər yeni papa üçün xüsusi hazırlanmış bu möhürlər saxta sənədlərin qarşısını almaq üçün ölümdən sonra çəkiclə sındırılır.

Qeyd edək ki, bu təcrübə 1521-ci ildən 2013-cü ilə qədər davam edir.

Günel Məlikzadə