Parisdən şok addım: Fransa bu təşkilatla yollarını ayıracaq?
Dünya
Fransada NATO-dan çıxmaqla bağlı müzakirələr başlayıb.
News24.az xəbər verir ki, Fransa Milli Assambleyasının vitse-spikeri Klemans Gete ABŞ-nin Donald Tramp dövründə apardığı siyasətə görə ölkənin NATO-dan çıxması ilə bağlı qətnaməni parlamentin müzakirəsinə çıxaracağını açıqlayıb.
Onun sözlərinə görə, indiki şəraitdə Fransanın ABŞ-nin rəhbərlik etdiyi və əsasən Vaşinqtonun maraqlarına xidmət edən hərbi alyansda – NATO-da iştirakının məqsədəuyğunluğu əvvəlkindən daha ciddi sual altındadır.
Gete vurğulayıb ki, NATO-dan çıxış planlı şəkildə həyata keçiriləcək. Ölkəsi ilk mərhələdə isə alyansın birgə hərbi komandanlığından ayrılmaqla başlamaq niyyətindədir.
Fransalı siyasətçi mövqeyini ABŞ-nin bir sıra addımları ilə əsaslandırıb. O, Vaşinqtonu Venesuelada bir dövlət başçısının oğurlanması, İsrailə dəstək, Qrenlandiya ilə bağlı hədələr və “xalqların bombalanması” kimi, onun fikrincə, beynəlxalq hüququ pozan hərəkətlərdə ittiham edib.