Paşinyan ABŞ kəşfiyyatçısı ilə görüşdü
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koeni qəbul edib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında məlumat verib.
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim”, - o bildirib.
İrəvan hökuməti isə öz növbəsində qeyd edib ki, görüşdə Ermənistan-Amerika gündəminin məsələləri və beynəlxalq problemlər müzakirə olunub.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İrəvana səfər etmişdi.