Pasportumu aldılar və dedilər ki… - İrəvana buraxılmayan Krivopuskovdan ŞOK
Dünya
Xəbər verdiyimiz kimi, bu gün səhər tezdən Moskvadan İrəvana gələn Rusiyanın Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovun ölkəyə girişinə icazə verilməyib.
News24.az xəbər verir ki, hadisənin detallarını Krivopuskov özü TASS agentliyinə danışıb.
“Məni ölkəyə buraxmadılar, Ermənistan üçün arzuolunmaz şəxs elan etdilər və pasportumu əlindən aldılar. Mənə rəsmi sənədi göstərmədilər, mənim üçün sərhədi bağladılar, pasportumu qaytarmadılar. Mənə dedilər ki, bu gün Moskvaya qayıt”, - o bildirib.
Qeyd edək ki, Viktor Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.
Akqabay