Polşada naməlum təyyarə qəzaya uğradı

Polşada naməlum təyyarə qəzaya uğradı Dünya

Polşanın Lyublin Voyevodalığının Majdan-Sielec kəndində naməlum pilotsuz təyyarə qəzaya uğrayıb.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.

Bildirilib ki, obyekt binalardan təxminən 500 metr aralıda yerə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və digər xidmət orqanlarının nümayəndələri gəlib.