Pezeşkiyan İsrail hücumunda - YARALANIB
Dünya
İran mediası iddia edir ki, İsrailin 13 iyunda başlatdığı 12 günlük hücum zamanı İran Prezidenti Məsud Pezeşkiyan yaralanıb. Fars xəbər agentliyinin məlumatına görə, 16 iyun tarixində Tehran yaxınlığındakı binaya edilən hücumda Pezeşkiyan ayağından yüngül yaralanıb.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Hücum zamanı Milli Təhlükəsizlik Şurasının iclası keçirilirdi. İclasda Pezeşkiyanla yanaşı parlament sədri Məhəmməd Baqir Qalibaf və baş prokuror Ejei də iştirak edib. Binanın alt mərtəbələri raket və ya bombalarla vurulub.
Hücum zamanı 6 raket və ya bomba istifadə edilib, giriş-çıxışlar və hava sirkulyasiyası hədəfə alınıb. Elektrik kəsilib, rəsmilər təcili çıxış qapısından binanı tərk ediblər. Pezeşkiyan və bəzi rəsmilər çıkış zamanı yüngül yaralanıb.
Pezeşkiyan daha əvvəl amerikalı jurnalistə verdiyi müsahibədə demişdi:
“Sionist rejim mənə qarşı sui-qəsd təşkil edib. Toplantı zamanı binanı bombaladılar, amma uğursuz olublar.”
İran tərəfi, hücumda daxildən məlumat sızması ola biləcəyini istisna etmir. Hücumun, Hizbullah lideri Həsən Nəsrullaha qarşı keçmişdə edilən sui-qəsd cəhdinə bənzədiyi də vurğulanır.
Xeyrənsə Piriyeva