Priqojin media açmağı planlaşdırırdı: - BUNUNLA DA...

Priqojin media açmağı planlaşdırırdı: - BUNUNLA DA... Dünya

Priqojin keçmiş FAN işçiləri ilə yeni onlayn media açmaq istəyirdi.

News24.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, Yevgeni Priqojin təyyarə qəzasından öncə Rusiyada yeni media orqanları açmağı planlaşdırıb. Belə ki, təyyarə qəzasından bir gün əvvəl o, Federal Xəbər Agentliyinin (FAN) keçmiş redaktorlarına hətta iş təklifi də edib. Priqojinin Rusiyanın informasiya gündəminə qayıtmaq planlarının olduğu qeyd olunub.

Qeyd edək ki, “Patriot”, “Narodnye Novosti”, “Ekonomika Segodnya”, “Politekspert”, “Inforeactor” və s. Yevgeni Priqojinin üsyan cəhdindən sonra iyunun 30-da bağlanıb. 

Aynurə