“Putin məni məyus etdi” - Tramp

“Putin məni məyus etdi” - Tramp Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onu məyus etdiyini bildirib.

News24.az xəbər verir ki, ABŞ lideri bu haqda radio aparıcısı Skott Cenninqsə müsahibəsində deyib.

“Mən çox məyus oldum. Minlərlə insan ölür. Bu müharibənin (Ukraynada) heç bir mənası yoxdur. Prezident Putin məni çox məyus etdi”, - o deyib.

Amerika lideri onu da bir daha vurğulayıb ki, o, həmin vaxt prezident olsaydı, Ukraynada münaqişə başlamazdı.