Putin və Tramp arasında görüş keçiriləcək?
Dünya
Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün baş tutacağını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyev CNN-ə müsahibəsində məlumat verib.
Dmitriyevin sözlərinə görə, görüş yaxın vaxtlarda, lakin bir qədər sonra keçiriləcək.
O həmçinin bildirib ki, Rusiya, ABŞ və Ukrayna üç ildən artıq davam edən müharibəyə diplomatik yolla son qoymağa yaxınlaşıblar.
Kremlin nümayəndəsi vurğulayıb ki, tərəflər arasında aparılan danışıqlar müsbət istiqamətdə irəliləyir və Ukrayna məsələsində həllə yaxınlaşmaq mümkündür.
Xeyrənsə Piriyeva