"Qalatasaray"dan İkardi ilə bağlı gözlənilməz qərar

"Qalatasaray"dan İkardi ilə bağlı gözlənilməz qərar Dünya

Trendyol Super Liqasının son üç mövsümünün çempionu olan "Qalatasaray"da heyətlə bağlı ən çox müzakirə olunan mövzulardan biri Mauro İkardinin gələcəyidir.

News24.az xəbər verir ki, müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq argentinalı hücumçunun komandada qalıb-qalmayacağı hələ də qeyri-müəyyənliyini qoruyur.

Zədədən sonra formasını Viktor Osimhenə verən və iki hücumçulu sistemə uyğunlaşmaqda çətinlik çəkən İkardi son həftələrdə istədiyi performansı göstərə bilmir. Bu da onun gələcəyi ilə bağlı sualları artırıb.

Bununla belə, Türkiyə və Avropa mediasında yeni iddia gündəmə gəlib. "Sky Sports"un məlumatına görə, İkardi komandada qalmaq istəsə də, "Qalatasaray" rəhbərliyi artıq onunla bağlı qərarını verib və klubun 32 yaşlı hücumçunu ən azı bu mövsümün sonuna qədər komandada saxlayacağı bildirilir.

Xəbərdə qeyd olunur ki, "Qalatasaray" rəhbərliyi İkardinin mövsüm bitmədən başqa klubla ilkin razılığa gəlməsini istəmir. Bunun səbəbi həm müqavilənin 2026-cı ilin yayında başa çatması, həm də komandanın çempionluq yarışında kritik məqamda olmasıdır.