Qara dəniz, Ukraynanın qərbi, minlərlə əsgər – Avropanın planı üzə çıxdı

Qara dəniz, Ukraynanın qərbi, minlərlə əsgər – Avropanın planı üzə çıxdı Dünya

Ukraynada atəşkəs əldə olunacağı təqdirdə ölkə ərazisində 15–20 min nəfərlik sülhməramlı kontingentin yerləşdirilməsi mümkündür.

News24.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” Avropa rəsmilərinə istinadla məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, Parisdə keçiriləcək “İstəklilər koalisiyası”nın görüşündə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı konkret öhdəliklərin təqdim olunması, həmçinin mümkün sülhməramlı qüvvələrin tərkibi və formatının müəyyənləşdirilməsi planlaşdırılır.

Gözləntilərə əsasən, kontingentin əsas hissəsini Fransa və Böyük Britaniya təmin edəcək. Bu ölkələr müvafiq olaraq quru və hava komponentlərinə nəzarəti üzərlərinə götürəcəklər. Türkiyə isə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə cavabdeh olmağa hazır olduğunu bildirib.

Bununla belə, hələlik yekun hərbi planlar mövcud deyil. Nəşrin Avropadakı mənbələrinin əksəriyyəti hesab edir ki, sülhməramlı qüvvələr birbaşa cəbhə xəttində deyil, Ukraynanın qərbində yerləşdirilə bilər. Onların əsas vəzifəsi dəstək, təlim və təhlükəsizliyin təmin edilməsi olacaq.