Qazaxıstanda ölənlərin sayı 45-ə - yüksəldi

Qazaxıstanda ölənlərin sayı 45-ə - yüksəldi Dünya

Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, bir şaxtaçının axtarışları aparılır.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü deyilirdi.