Qazaxıstanda yanğın baş verdi: 4 ölü

Qazaxıstanda yanğın baş verdi: 4 ölü Dünya

Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında yanğın aş verib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.

“Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, yerli hakimiyyət orqanları və əhali ailəyə lazımi köməklik göstərir. 

Faktla bağlı cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Merhriban Mirzəzadə