"Qərbin Ukraynaya marağı azalıb"
Dünya
“Müharibənin bir il də uzanması Qərbin hərbi resurslarını və Ukraynaya böyük həcmdə hərbi yardımı saxlamaq üçün siyasi iştahını tükətdi. Qərbin hərbi gücü də, Ukraynaya marağı da azalıb”.
News24.az xəbər verir ki, bu barədə “CNBC” telekanalının hazırladığı materialda qeyd edilib.
“Ukraynaya ciddi silah tədarükü olmasa, onun Rusiya ilə danışıqlara getməsi qaçılmazdır.Ukrayna indi danışıqlar aparmaq istəmir, amma şərtləri nəzərə alsaq, onun başqa yolu qalmayacaq”, - analitik Mario Bikarski deyib.
Bikarski hesab edir ki, Qərbin Ukraynaya dəstəyi dayandırdığına dair əlamət görünsə, Rusiya buna öz uğurlarını möhkəmləndirmək fürsəti kimi baxa bilər.
İstefada olan amerikalı general Stiven Tviti münaqişə ilə bağlı iki variant görür: ya dondurulacaq, ya da Qərbin Ukraynaya köməyinin azalması ilə Rusiya qalib gələcək.
Ayşən