Qəzaya uğrayan təyyarənin qalıqları aşkarlandı

Qəzaya uğrayan təyyarənin qalıqları aşkarlandı Dünya

Yanvarın 17-də qəzaya uğrayan “Indonesia Air Transport” aviaşirkətinə məxsus “ATR 42-500” tipli təyyarənin qalıqları bu gün Cənubi Sulavesi vilayətində Bulusaraunq dağının zirvəsində aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə “Detik” portalı mэlumat yayıb.

Cokyakartadan Makassar şəhərinə uçan təyyarənin göyərtəsində 11 nəfər olub, onlardan 8-i ekipaj üzvüdür.

Xilasetmə əməliyyatına 376 xilasedici cəlb olunub. Artıq 1 nəfərin cəsədi tapılıb.