Qəzzada döyüşlər 2024-cü ildə də davam edəcək

Qəzzada döyüşlər 2024-cü ildə də davam edəcək Dünya

İsrail ordusu Qəzza zolağında əməliyyatları 2024-cü il ərzində davam etdirməyi planlaşdırır. 

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Biz bütün il ərzində Qəzzada döyüşəcəyik” – deyə Halevi bildirib. 

O əlavə edib ki, İsrail ordusu İordan çayının qərb sahilində sayıqlığını davam etdirir.

Halevi həmçinin İsrail ordusunun şimalda Hizbullahla qarşıdurma aparacağına söz verib. 

Teymur Məmmədov