Qocalar evinə aparmaq istədikləri kişinin evindəki mənzərə - DƏHŞƏTƏ SALDI

Qocalar evinə aparmaq istədikləri kişinin evindəki mənzərə - DƏHŞƏTƏ SALDI Dünya

Bursanın Orhanqazi rayonunda tək yaşayan 85 yaşlı Hüseyn Yaşarı sinəsindən tüfənglə vurulub.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

 Onu qocalar evinə aparmaq üçün evinə gələn məmurlar ölü halda tapıblar.

Hadisə səhər saatlarında Camikebir rayonu, Hafiz Kayyum küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki mənzildə baş verib. Orhangazi Sosial Xidmət Mərkəzi Müdirliyi qrupları qocalar evində qalması üçün əməliyyatları tamamlanan Hüseyn Yaşarı aparmaq üçün evə gələrkən mənzilin qapısının açıq olduğunu görüb içəri daxil olublar. İki məmur Hüseyn Yaşarı qan içində tapıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

Ülkər Abdurahmanlı