Ramzan Kadırova yeni cinayət işi açıldı
Dünya
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı cinayət işi açıb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə UTX-nin Telegram kanalında məlumat yayılıb.
UTX Kadırovu ağır hərbi cinayətlərdə ittiham edir: "Ramzan Kadırov Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş müharibə qanunlarını və qaydalarını pozub".
Bu, Ukraynanın Kadırova qarşı irəli sürdüyü ilk cinayət işi deyil. 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbərini müharibənin təşkilində ittiham etmişdi.