İran ABŞ ilə danışıqlardan çəkildi

İran ABŞ ilə danışıqlardan çəkildi Dünya

Cümə günü Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib, çünki İran əvvəlki razılaşmaları qəbul etməyib.

News24.az xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı məlumat yayıb.

Eyni zamanda, ABŞ tərəfi bildirib ki, Tehranın əvvəlki formatda danışıqlara qayıtması halında Vaşinqton danışıqları davam etdirməyə hazırdır.

Ekspertlər qeyd edirlər ki, bu addım ABŞ-İran münasibətlərində gərginliyi artırır və nüvə məsələlərində irəliləyişi çətinləşdirə bilər.