İran ABŞ-nin şərtlərinə cavab verdi

İran ABŞ-nin şərtlərinə cavab verdi Dünya

İran ABŞ tərəfindən irəli sürülən münaqişənin nizamlanması şərtlərini “təslim olmaq” kimi qiymətləndirərək rədd edib və nüvə obyektlərini müdafiə etməyə tam hazır olduğunu bəyan edib.

News24.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Tehran ABŞ-dən hərbi təzminatların ödənilməsini, İranın Hörmüz boğazı üzərində tam suverenliyinin tanınmasını, sanksiyaların dayandırılmasını və müsadirə edilmiş İran aktivlərinin geri qaytarılmasını tələb edir.

İranın cavabında Vaşinqtona dəniz blokadasını dayandırmaq, gələcək hücumlardan imtina ilə bağlı zəmanət vermək və İran neftinin satışına qoyulan məhdudiyyətləri ləğv etmək çağırışı da yer alıb.

Qeyd olunub ki, İranın təqdim etdiyi plan ABŞ-nin irəli sürdüyü təkliflərə cavab xarakteri daşıyır və ölkənin əsas hüquqlarını ön plana çıxarır.