İranla müharibədə ABŞ-ın daha bir qırıcısı qəzaya uğradı

İranla müharibədə ABŞ-ın daha bir qırıcısı qəzaya uğradı Dünya

Bu gün Fars körfəzində İrandakı əməliyyatlarda iştirak edən ABŞ ordusuna aid daha bir təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, “A-10 Warthog” təyyarəsi Hörmüz boğazı yaxınlığında, təxminən İran üzərində F-15E təyyarəsinin vurulması ilə eyni vaxtda qəzaya uğrayıb.

Məlumatda təyyarənin pilotunun təhlükəsiz şəkildə xilas edildiyi bildirilir. ABŞ rəsmiləri təyyarənin necə qəzaya uğradığı barədə əlavə məlumat verməyiblər. (APA)