Reznikov Ukraynadakı səfərbərliklə bağlı açıqlama verdi
Dünya
"Hazırda Ukrayna ordusunun səfərbərlik ehtiyatı ilə bağlı kritik vəziyyət yoxdur".
News24.az "RBC-Ukraine"yə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov mətbuat konfransında bildirib .
"Ali Radanın təsdiq etdiyi səfərbərlik planı hələ də yerinə yetirilməyib. Sayın artırılması üçün yeni səfərbərlik elan etməyə ehtiyac yoxdur, hələlik resursumuz var", - o deyib.
Eyni zamanda, nazir əlavə edib ki, səfərbərlik ştatının artırılması hələlik müzakirə olunmayacaq.
Leyla SƏMƏNDƏR