Rusiya 2050-yə hazırlaşır

Rusiya 2050-yə hazırlaşır Dünya

Rusiya dənizlərə rəhbərlik etməyə hazırlaşır.

Kremlin müşaviri Nikolay Patruşev Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənən yeni dəniz planını açıqlayıb.

Patruşev bəyan edib ki, Rusiya 2050-ci ilə qədər dünyanın aparıcı dəniz güclərindən biri kimi öz mövqeyini tamamilə bərpa etməyi hədəfləyir.

“Bunu mütəxəssis olmadan, okeanlarda vəziyyətin inkişafı ssenariləri, çətinliklər, təhlükələrin təkamülü barədə uzunmüddətli baxış olmadan və təbii ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin qarşısında duran məqsəd, vəzifələri müəyyən etmədən həyata keçirmək mümkün deyil”,- deyə Patruşev bildirib.

Qeyd edək ki, Rusiya Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən güclü donanmasına sahibdir.

Günel Məlikzadə