Rusiya ilə sərhədi - AÇMAYACAQ - Nazir AÇIQLADI

Rusiya ilə sərhədi - AÇMAYACAQ - Nazir AÇIQLADI Dünya

Finlandiya yanvarın 14-dən sonra Rusiya ilə sərhəd keçidlərini açmayacaq. 

News24.az xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib.

Nazirin sözlərinə görə, Rusiya ilə sərhəddə miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik baş verməyib və bu səbəbdən də sərhədlərin açılacağı təqdirdə Rusiyanın bu cür fəaliyyətlərini davam etdirməsi riski var.