Rusiyada məktəbli qızı qaçırmağa cəhd edən şəxs həbs olundu

Rusiyada məktəbli qızı qaçırmağa cəhd edən şəxs həbs olundu Dünya

Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qızı qaçırmağa cəhd edən Rusiya vətəndaşı Vitali Manannikov barəsində həbs-qətimkan tədbiri seçilib. 

News24.az xəbər verir ki, bu barədə REN TV öz teleqram kanalında məlumat yayıb.

Məlumata görə, Manannikov dekabrın 2-dək həbsdə saxlanılacaq. O, ifadəsində qızı qaçırmaq niyyətində olmadığını, sadəcə onu polisə aparmaq istədiyini bildirib. Şübhəlinin sözlərinə görə, hadisə vaxtı sərxoş olub və uşağın evdən qaçmış və ya valideynləri tərəfindən tərk edilmiş ola biləcəyini düşünüb.

Məhkəmədə o, mühafizəçi işlədiyini, ailəsini dolandırdığını, həmçinin keçmiş həyat yoldaşı və qızını maddi cəhətdən təmin etdiyini qeyd edib.

Aqil