Rusiyada nazir həbs olundu

Rusiyada nazir həbs olundu Dünya

Rusiyanın Xakasiya Respublikasının nəqliyyat və yol təsərrüfatı naziri Dmitri Vasiliadi həbs olunub.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Vasiliadi külli miqdarda rüşvət almaqda ittiham olunur.