Rusiyada yaşayış binasında partlayış: ölənlər var
Dünya
Rusiyanın Saratov şəhərində yaşayış binasında partlayış baş verib.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış zamanı yaşayış binasının bir hissəsi uçub. Nəticədə 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu barədə məlumatlar var.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir./axar