Rusiyadan ABŞ-nin atəşkəs çağırışlarına REAKSİYA

Rusiyadan ABŞ-nin atəşkəs çağırışlarına REAKSİYA Dünya

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, ölkəyə təsir cəhdləri davam edir.

News24.az xəbər verir ki, o, ABŞ-ın yeni sanksiyalarının tətbiqinə cavab olaraq, atəşkəs çağırışlarını mənasız adlandırıb.

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Rusiyanın iri şirkətlərinə qarşı sanksiyalar elan etdiyini və Moskvanı dərhal atəşi dayandırmağa çağırdığını bildirib.

Aleksey Çepanın sözlərinə görə, hazırkı şəraitdə atəşkəs elan etmək vəziyyəti yalnız gərginləşdirər. O əlavə edib ki, atəşkəs üçün əvvəlcə qarşıdurmanın köklü səbəbləri aradan qaldırılmalıdır.

Aqil Qarayev