Rusiyadan sərt xəbərdarlıq: - "Qan dayanmasa, Yaxın Şərqdə..."
Dünya
“İlk növbədə axan qanı dayandırmaq və böhranın bütün regionu bürüməsinin qarşısını almaq lazımdır. Əks halda, münaqişə heç vaxt dayandırılmayacaq”.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.
“Fələstin-İsrail münaqişəsində axan qan təcili olaraq dayandırılmalıdır ki, indiki böhran bütün Yaxın Şərqə yayılmasın. Girovların tezliklə azad edilməsi daxil olmaqla diplomatik həll üzərində işləmək lazımdır. Gec-tez biz bu yola getməli olacağıq, yeganə sual bu müddət ərzində nə qədər günahsız insanın öləcəyidir”, - Nebenzya deyib.
Ayşən